-1 C
Baku
Sunday, December 15, 2024

2018-ci ildə Amazon şirkəti reklam xərclərini 73% artırıb

Xatırladaq ki, əvvəllər Jeff Bezos reklama nifrət edən insanlardan biri olmuşdur. O belə hesab edirdi ki, yaxşı bir məhsulun reklama ehtiyacı yoxdur.

Banker.az xəbər verir ki, bu haqda görüşün audio mənbələrinə istinadən CNBC bildirir.

2018-ci il ərzində Amazon reklama çəkilən xərcləri 72,5% artırıb. Kantar Media-nın verdiyi məlumata görə, 2018-ci il ərzində şirkət reklama ümumilikdə 1,84 milyard dollar xərc çəkib. Onlardan 679 milyon dollar TV reklamının payına düşür. Qeyd edək ki, 2015-ci ilə qədər Amazon dünyanın ən qabaqcıl reklamverənlərin sırasına daxil olub.

2009-cu ildə Bezos bildirmişdir ki, yaxşı bir məhsulun reklama ehtiyacı yoxdur. 2018-ci ildə əməkdaşlarla görüşündə isə fikrindən döndüyünü qeyd edib.

2019-cu ilin 3 fevral tarixində keçirilmiş Super Bowl-da, Amazon iki reklam rolikini nümayiş etdirib. Bir rolikin qiyməti 5,25 milyon dollar təşkil edir, CNBC  yazır.

Son xəbərlər
Digər xəbərlər