8 C
Baku
Friday, December 13, 2024

2018-ci ildə Bakıya turist axını 20% arta bilər

2018-ci ildə Bakıya turist axınının 2017-ci illə müqayisədə 20% səviyyəsində artımı gözlənilir. Bunu Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyib.

“Bakı sürətlə turizm mərkəzinə çevrilir. Cari ilin əvvəlindən 1, 5 mln.-a yaxın turist Bakıya səfər edib. Ümumilikdə, 2018-ci ilin yekunları üzrə turistləri sayının ötən illə müqayisədə 20% artımı gözlənilir”, – E.Əzizov bu gün Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycana səfər edən turistlərin 30%-i Rusiya vətəndaşlarıdır. “Regionalarası əlaqələrin inkişafı turizm sahəsində və digər istiqamətlərin reallaşdırılmasında yeni potensial açacaq. Bu formatda əməkdaşlığı genişləndirmək niyyətindəyik”, – E.Əzizov qeyd edib.

O əlavə edib ki, 2017-ci ildə Bakıda 7 minə yaxın yeni müəssisə qeydiyyatdan keçib, 438 min kvadratmetr mınzil istifadəyə verilib, kapital qoyuluşlarının həcmi 12 mlrd. manatı ötüb.

Son xəbərlər
Digər xəbərlər