2018-ci ildə Azərbaycan 69 690,03 min ABŞ dolları dəyərində 12 115,34 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, məbləğ baxımından 2017-ci illə müqayisədə 2 789,76 min dollar (4,2%) çox, həcm baxımından isə 1 695,73 ton (12,3%) azdır.
Ötən il yağ idxalı Azərbaycanın ümumi idxalının 0,6%-ni təşkil edib.