Hər simvola görə bir sent.
2018-ci ildə ‘Twitter’ şəbəkəsinin baş icraçı direktorunun maaşı 140 sent təşkil edib, bu haqda ABŞ-ın Qiymətli Kağızlar və Valyuta Komissiyasının verdiyi bəyanatlara istinadən Bloomberg xəbər verir.
Göstərilən məbləğ ‘Twitter’ şəbəkəsində bir paylaşımın maksimal simvol sayını əks etdirir ki, bu da 2006-cı ildə təyin olunmuş qaydalara uyğun gəlir. 2017-ci ilin sonunda şirkət bu limiti 280 simvola qədər artırmışdır. Bununla əlaqədar Dorsey-in əmək haqqının aqibəti hələ də sual işarəsi altındadır.
Bloomberg qeyd edir ki, Dorsey 2015-ci ildə CEO (baş icraçı direktor) vəzifəsinə gəldiyi gündən bəri ilk dəfədir ki maaş alır. Əvvəllər ‘Twitter’-ın həmtəsisçisi könüllü olaraq şirkətin uzunmüddətli potensialı və dəyərlərinə inamını əsas götürərək, bütün pul mükafatlarından imtina edib.
Forbes jurnalına görə, Jack Dorsey dünyanın ən zəngin insanların siyahısında 347-ci yeri tutur. Jurnal olun sərvətini 5,4 milyard dollar dəyərində qiymətləndirir. ‘Twitter’-dən başqa, Dorsey, Square ödəniş xidmətini inkişaf etdirir.