25 C
Baku
Saturday, July 27, 2024

2018-ci ilin icmal büdcədə 4,7 mlrd. manatlıq profisit yaranıb

2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22411,3 mln. manat, xərcləri 22718,9 mln. manat olmuşdur.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Gəlirlər

2018-ci il üzrə dövlət büdcəsinin mədaxili 22149,0 mln. manat proqnoza qarşı 22411,3 mln. manat və ya 101,2 faiz icra olunmuşdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi xətti ilə daxilomalar 7417,6 mln. manat və ya proqnoz 100,5 faiz icra olunmuşdur.

Həmin vəsaitin 67,1 faizi və ya 4975,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 3434,4 mln. manat vəsait daxil olmuş və proqnoz 107,6 faiz icra olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 10959,0 mln. manat vəsait transfert edilmişdir.

2018-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 466,4 mln. manat, sair daxilolmalardan 134,3 mln. manat vəsait dövlət büdcəsinə daxil olmuşdur.
2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 6320,7 mln. manat icra olunmuşdur.

Xərclər

2018-ci ildə dövlət büdcəsinin xərcləri 98,4 faiz və ya 22718,4 mln. manat icra edilmişdir.
2018-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7052,9 mln. manat icra olunmuşdur.

2018-ci il ərzində dövlət büdcəsi xərclərinin 11549,8 mln. manatı və ya 50,8 faizi cari xərclərə, 8941,9 mln. manatı və ya 39,4 faizi əsaslı xərclərə, 2227,2 mln. manatı və ya 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

Dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7196,6 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2017-ci illə müqayisədə 505,9 mln. manat və ya 7,6 faiz çoxdur.

Dövlət büdcəsinin kəsiri

Dövlət büdcəsinin kəsiri 307,6 mln. manat və ya təsdiq olunan yuxarı həddən 643,4 mln. manat az olmuşdur.

Kəsirin maliyyələşdirilməsi 222,6 mln. manatı dövlət istiqraz vərəqəlrinin satışından və 101,2 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitlər hesabına həyata keçirilmişdir.

İcmal büdcə

2018-ci ilin icmal büdcəsinin gəlirləri 31034,7 mln. manat, xərcləri isə 26334,4 mln. manat icra olunmuşdur.
2018-ci ilin icmal büdcədə 4700,3 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır.

Son xəbərlər
Digər xəbərlər