2018-ci ildə dollarlar demək olar ki bütün valyutalara qarşı güclənmişdir. 2019-cu ildə nə gözləmək olar?
Bir çox sərmayə bankirləri ABŞ dollarının zəifləməsini proqnozlaşdırırlar. Bazar Federal Ehtiyatın siyasəti artıq yenidən qiymətləndirilir və 2020-ci ilə qədər treyderlərlər faiz dərəcələrinin azaldılmasını gözləyirlər.
Bunun fonunda dollar digər valyutalara qarşı yenidən zəifləyə bilər.
Goldman Sachs bankının ekspertlərin də proqnozları eyni olmuşdur. Yeri gəlmişkən, Amerika indeksləri yüksəldiyi dövrdə və emerging markets-də endirimlər olduqda, bankirlər vəziyyətin tamamilə dəyişildiyini proqnozlaşdırıdılar. Amerikan səhmlərinin aşağı düşməsi fonunda, digər inkişaf edən bazarlar daha cəlbedici görünəcəklər, lakin heç də bütün valyutalar artım göstərməmişdi.
Bu valyutalardan Braziliya realını, Hindistanın rupisini və bəlkə də, CAR-ın rendini misal göstərmək olar. Onlarla bir sıraya Rusiya rublunu və Türkiyə lirəsini daxil etmək olar.
Rubl və Rusiya səhmləri hələ də sanksiya risklərinin altına düşür, bu faktor sərmayəçilər üçün aparıcı ola bilər. Digər tərəfdən isə Rusiya istiqrazları hal-hazırda ən yüksək faiz dərəcəsinə malikdirlər.
2018-ci ildə dollar əhəmiyyətli dərəcədə möhkəmlənib, inkişaf etmiş ölkələrin səhmləri və valyutaları isə ucuzlaşıb. Belə ki, 2019-cu ildə amerikanlar dolları əldə etməklə, bütün dünya üzrə səhmləri ucuz qiymətə ala bilərlər.
Demək olar ki inkişaf etmiş ölkələrin bütün Mərkəzi Bankları, faiz dərəcəsini artırmışlar və indi bu dollarları emerging markets valyutalarına çevirərək yaxşı carry trade əldə etmək olar.
Vurğulamaq lazımdır ki, proqnozlara tam inanmaq lazım deyil. Belə ki, vəziyyət hər an dəyişilə bilər və ən təcrübəli mütəxəssislər belə gələcəyi dəqiq proqnozlaşdıra bilməzlər.
Buna misal olaraq oktyabr ayında neft qiymətlərinin $90 ətrafında olmasını göstərmək olar. JP Morgan Chase&Co bankının strategiya mütəxəssisləri bildirmişdirlər ki Rusiya valyutası, Türkiyə lirəsi və CAR-ın rendi kimi olan rəqiblərini qabaqlaya biləcək.
Reallıqda isə hər şey tərsinə olmuşdur: rubl zəifləyib, rend və lirə öz sabitliyini saxlaya bilmişdir, neftin qiymətləri isə aşağı düşmüşdür.