13 C
Baku
Friday, March 29, 2024

2019-cu ilin yanvar-may aylarında Azərbaycanda qızıl hasilatı 10% artıb

2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 1 min 395,9 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,8% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Mayda respublikada 286,3 kq qızıl hasil olunub.

Hasil edilən qızıl emala göndərilib.

Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda 4 min 238,6 kq qızıl hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 31,7% azdır.

Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.

İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.

Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC də qızıl hasilatı ilə məşğul olur.

Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər