2026-cı ilin yanvar-avqust aylarında xurma ixracından 32 milyon 99,2 min dollar gəlir əldə edilib (2025-ci ilin müvafiq dövründə: 32 milyon 945 min dollar). İxrac gəlirləri 3% azalıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir.
Cari ilin 8 ayında xaricə 40 min 527,5 ton xurma satılıb. Ötən ilin eyni dövründə bu göstərici 45 min 835,7 ton təşkil etmişdi. İxracın miqdarı 12% azalıb.
1 kiloqramı 10,2% bahalaşıb: İxrac olunan xurmanın 1 kiloqramının orta statistik dəyəri ötən ilki 0,72 dollardan (1,22 manat) yüksələrək 0,79 dollara (1,35 manat) çatıb.
Xurma ümumi ixracın 0,15%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 0,51%-ni təşkil edib.







