2026-cı ilin ilk 8 ayında Azərbaycanın alma ixracının fiziki həcmində geriləmə qeydə alınsa da, məhsulun bahalaşması ümumi gəlirlərin cüzi artmasını təmin edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir.
Yanvar-avqust aylarında alma ixracından 44 milyon 40 min dollar gəlir əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü (43 milyon 402 min dollar) ilə müqayisədə 1.5% çoxdur.
Cari ilin 8 ayında xaricə 53 min 957 ton alma satılıb. Ötən ilin eyni dövründə bu göstərici 61 min 894 ton təşkil etmişdi. İxracın miqdarı 13% azalıb.
Alma ümumi ixracın 0,20%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 0,70%-ni təşkil edib.







