-1 C
Baku
Sunday, December 15, 2024

2019-da etdiyim ən yaxşı qeydlər

Bildirim ki, fikirlər özümünki deyil, onları oxuduğum kitablardan borc almışam .

Kitab oxumağa lazımı vaxt sərf etmədən, səyahət edərək müşahidə imkanı olmadan, intelektual insanlarla əhatə olunmadan insan zehni cəhətdən dolğunlaşa bilməz.

 Aid olmadığın yerdən təvazökarlıqla geri çəkilmək, vaxt və enerjinizi daha yaxşı bacardığınız işlərə yönləndirmək uğur və rahatlıq gətirir.

 Azadlıqdan daha önəmli olan 1 anlayış daha var. Bu “Qarşılıqlı asılılıq” adlanır. Bu termində 1+1=11 edir.

 Öz istəklərinə qarşı cəsarət + digərlərinə qarşı həssaslıq – balansını idarə etməyi bacaranlar hamı tərəfindən sevgi və hörmət görənlərdir.

Özün üçün nəsə etmədən həmişə başqaları üçün nəsə etmək, hər şeyi özün üçün edib başqaları üçün heç nə etməmək qədər faydasızdır.

 Bütün insanlar bax bunu sevirlər. Özünüifadə etmək, üstünlüyünü sübut etmək, öz əhəmiyyətini hiss etmək imkanı. Qarşılıqlı fayda götürmək istədiyimiz münasibətlər üçün bu mütləqdir.

 Sevilmək istəyi, Bəyənilmək istəyi və Təqdir edilmək istəyi insanı digərlərindən asılı edir. Başqa insanların əsiri olmamaq üçün özünü sevmək mütləqdir.

 İnsanları adətən zəka və peşakar səviyyələrinə görə işə götürür, emosional zəkalarının yoxluğu səbəbindən işdən çıxarırlar.

Emosional həyatlarını daha sakit və dərrakə ilə idarə edə bilənlər sağlamlıq və xoşbəxtlik məsələlərində ölçüyə gələn üstünlüyə sahibdirlər.

Uşaqlarımızın dolğun yetişməsi üçün İQ, STEM, dünyagörüşü qədər vacib olan digər bilik “Sosial və emosional təhsil (sosial and emotional learnng)” SEL bilikləridir. Bu şəxsiyyətin formalaşmasında, zorakılığın qarşısıın alınmasında, narkotik və digər zərərli asılıqlardan qurturmaq üçün sınanmış üsul hesab edilir.

Yetkin və bütöv insan olmaq üçün fiziki, mənəvi, əqli və sosial-emosionl ölçü balanslarının qorunması mütləqdir.
fiziki ölçü – idman, qidalanma,
əqli ölçü – oxu, təsəvvür, yazı, planlaşdırma,
mənəvi ölçü – dəyərlərin aydınlaşması, missiya, dəyərlərə sadiqlik, təhsil,
sosial-emosional ölçüyə – sinergiya, əməkdaşlıq, ünsiyyət daxildir.

fiziki cəhətdən sağ qalmaqdan sonra insanın ən böyük təlabatı psixologi cəhətdən sağ qalmaqdır – başa düşülmək, başqalarının hörmətini qazanmaq, layiqincə qiymətləndirilmək cəhti insanı bir nöqtədən digər nöqtəyə hərəkət etdirən başlıca motivdir.

✍️“Mənim üçün ən əhəmiyyətli nədir?”, “Mənim bu dünyadakı missiyam nədər ibarətdir?” və “Qəlbinizi nə riqqətə gətirir” suallarına aydın cavabların olması şəxsi liderliyin və effektivliyin göstəricisidir.

✍️Pula qənaət etmək onu mənasız yerə xərcləməkdən daha əyləncəlidir.

✍️Maliyyə cəhətdən müstəqil olmayana qədər həqiqi müstəqiliyə qovuşmaq mümkün deyil və ya hesabı ödəməyə pul yoxdursa dünyanı dəyişmək çətin məsələdir.

Müəllif: Sevinc İsrafilova

Son xəbərlər
Digər xəbərlər