2020-ci ildə Azərbaycana idxal olunmuş məişət soyuducuları, paltaryuyan maşınların və məişət kondisionerlərinin sayı isə azalıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ildə ölkəyə dəyəri 35 212 min ABŞ dolları dəyərində 141.2 min ədəd məişət kondisioneri idxal olunub. Say baxımından idxalın həcmi 33.4%, dəyər baxımından isə 30.9% azalıb.
2020-ci ildə ölkəyə dəyəri 7 890 min dollarlıq 28 186 ədəd məişət soyuducusu idxal olunub ki, bu da miqdar baxımından 12% azalma, məbləğ baxımından isə 7.4% artım deməkdir.
Bundan başqa, hesabat dövründə Azərbaycana dəyəri 36 536 min dollar təşkil edən 178.6 min ədəd paltaryuyan maşını idxal olunub ki, bu da dəyər baxımından 8.8%, say baxımından isə 7.4% azdır.