2020-ci il başlanğıc ili oldu. Bir çox insanın həyatı əsaslı şəkildə dəyişdi və son illərdə güclənən tendensiyalar daha da sürətləndi. Qlobal fəlakətlə birlikdə qlobal irəliləşiş, qlobal sağlamlıq böhranı ilə birlikdə isə inkişaf etmək və uyğunlaşmaq ehtiyacı formalaşdı.
Qısa zamanda normaya çevrilmiş qeyri-müəyyənlik fonunda yeni texnologiyaların sevikliyi və manevrliyi bir çox problemlərə cavab oldu. Təxminən bir il sonra Covid-19 pandemiyasının yaxın zamanlarda bitməyəcəyi aşkar edildi. Onun yaratdığı bəzi dəyişikliklər uzun müddət ərzində qalacaq və buna görə də gözləmə strategiyası artıq effektiv deyil.
Süni zəka
Süni zəka müəyyən müddətdir mövcud olan tendensiya olsa da, 2021-ci il onun daha da populyarlaşması və sözdən hərəkətlərə keçməsi üçün impuls rolunu oynaya bilər. Nəticədə, süni zəka həm korporasiyalar, həm də özəl şəxslər tərəfindən daim istifadə olunan real və ayrılmaz resursa çevriləcək. Bu texnologiya şirkətə yüksək səmərəliyə, çevikliyə və miqyaslılığa nail olmağa kömək edəcək.
Onun məlumatları şərh etmək, qanunauyğunluqları müəyyənləşdirmək, sürətlə öyrənmək və səmərəsizliyi aradan qaldırmaq bacarığı şirkətlərin pandemiya şəraitində sürətlə dəyişən mühitə uyğunlaşması üçün ideal seçim olacaq. Qeyd edək ki, süni zəka texnologiyalarına investisiya səviyyəsi şirkətlərin rəqəmsallaşma səviyyəsindən, məlumatların həcmindən və əlbəttə ki, büdcədən asılı olacaq. Buna baxmayaraq, bu texnologiyaya investisiya etmək haqqında artıq indidən düşünmək lazımdır.
Distant iş = dünyanın istənilən nöqtəsindən işləmək imkanı
Bir çox insan mart ayının əvvəllərindən bəri distant işləyir. Demək olar ki, bir anda şirkətlər işçilərini uzaqdan işə rəsmiləşdirməyə və fiziki ofislərin qapılarını bağlamağa başladılar. Əlbəttə ki, bu proses mürəkkəb və hətta bir qədər xaotik idi.
2020-ci və 2021-ci illəri təhlil edib bir söyləmək olar: bütün oyunçular dünya üzrə səpələnəcək. İşçilər müxtəlif yerlərdə və fərqli saat qurşaqlarında çalışacaqlar, müştərilər podratçılara yaxın olmaq məcburiyyətində olmayacaqlar və hamının yeri günü-gündən dəyişəcək. Bizim gələcəyimiz rəqəmsal texnologiyalardır, buna görə ənənəvi sərt biznes-modellər artıq geniş miqyasda istifadə oluna bilməz.
Məhz buna görə də “sosial məsafə” normaya çevrilməlidir. Təşkilatlar işçilərinə məkan və zaman fərqlərinə baxmayaraq maraqlı və məhsuldar olmağa imkan verməlidirlər, coğrafi cəhətləri aşaraq potensial müştərilərin tapılması imkanlarını nəzərdən keçirməlidilər. Rəqəmsal texnologiyalara istiqamətlənən yanaşma sayəsində şirkətlər 2021-ci ildə “sağ qalmaq” və uğurlu olmaq şanslarını xeyli artırmış olurlar.
Kibertəhlükəsizlik
Tam rəqəmsal texnologiyalara keçid həm də qanunsuz hücumların risklərini də artırır. Bu səbəbdən şirkətin rəqəmsallaşdırılmasına başlamaqla yanaşı, daxili rəqəmsal sistemin rahat işləməsini təmin etmək üçün təhlükəsizlik sistemlərinin tətbiqi üçün bir strategiya və plan hazırlamaq vacibdir.
Şablonların təhlili və ya işçilərə təhlükəsizlik qaydalarının öyrədilməsi üçün süni zəka texnologiyalarının tətbiqi, səmərəliyi artırmağa və şirkətin rəqəmsal təhlükəsizliyini təmin etməyə kömək edəcək. Şirkətlər yerli rəqəmsallaşdırma yollarını araşdırmaqla yanaşı, kibertəhlükəsizlik strategiyasını planlaşdırmalıdırlar.
Demərkəzləşdirmə
Daxili iyerarxik bürokratik strukturların dövrü çoxdan geridə qalıb. Özlərini yenidən qura bilən və sürətli qərar qəbul etməyi bacaran şirkətlər 2020-2021-ci illərin qalibi olacaqlar.
Bu cür çevikliyə nail olmaq üçün şirkətlər rəqəmsal texnologiyalara əsaslanan inkişaf strategiyalarını qəbul etməlidirlər, eyni zamanda ayrı-ayrı komandaların muxtariyyətini tanımalıdırlar. Daha “yastı” strukturlu olan təşkilatlar qərarları daha sürətli qəbul edə, ənənəvi iyerarxik strukturlara xas olan bölgüdən çəkinə və həm daxildən, həm də xaricdən idarə olunan və daha çox əməliyyat həyata keçirməyə imkan verən yeni texnologiyaların yeridilməsi prosesini sürətləndirə biləcəklər.
Daha çox avtomatizasiya
Biznesin rəqəmsallaşırılması gündəlik əməliyyatlardakı səmərəsizliyi və geri qalmaları aşkar etməyə imkan verir. Çox vaxt təşkilatın bu cür qeyri-effektivliyi səbəbindən daha böyük həcmdə resurs istehlak olunur.
Bir çox şirkət üçün strategiyanın mahiyyəti vaxt aparan vəzifələrin müəyyənləşdirilməsindən və bu tapşırıqları yerinə yetirmək üçün rəqəmsal həllərin tətbiq edilməsindən ibarətdir. Texnologiya bu və digər prosesləri optimallaşdırmağa, işin sürətini xeyli artırmağa kömək edir ki, bu da ümumi səmərəliyi yüksəltməyə, 2020-ci ilin gətirdiyi problemlərə qarşı daha dayanıqlı olmağa imkan verir.