15 C
Baku
Friday, April 26, 2024

2021-ci ilin ən təhlükəsiz avtomobilləri – Top 5-lik

2021-ci ilin ən təhlükəsiz avtomobillərinin reytinqi dərc olunub.

Banker.az xəbər verir ki, tədqiqat zamanı mütəxəssislər avtomobilləri bir sıra meyarlara görə qiymətləndiriblər: təhlükəsizlik kəmərinin taxılmaması barədə xatırlamanın olması, uşaq oturacaqlarının rahatlığı və digələri.

Nəticədə, arxa oturucaqlarda əyləşən sərnişinlər üçün ən təhlükəsiz avtomobil Toyota Sienna (69 bal) seçilib. Ondan başqa ilk üçlüyə Nissan Rogue/X-Trail (66 bal) və Ford Bronco Sport (61 bal) daxil olub.

Eyni zamanda mütəxəssislər orta ölçülü krossover Nissan Pathfinder (66 bal) və Honda Civic (66 bal) modellərini seçiblər. Qeyd edək ki, bu avtomobillər 2022-ci ilə aiddirlər.

Arxa oturacaqlarının təhlükəsizliyi baxımından ən pis göstəricilər Genesis G80 (24 bal) və Volkswagen Taos (31 bal) avtombilləri göstərib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər