Smartfon istehsalçıları 2021-ci ildə prosessorların sürətinə və akkumulyatorların iş müddətinin artırılmasına, naqilsiz enerji toplama mənbələrinin yaradılmasına, həmçinin telefonun müxtəlif funksiyalarla təchiz olunmasına diqqət yetirəcəklər.
Bu barədə “Telecom” informasiya agentliyinin direktoru Denis Kuskov danışıb.
Onun sözlərinə görə, bu il ən böyük texnoloji şirkətlər simsiz enerji yığma mənbələrinin müxtəlif variantlarını təklif edəcəklər.
“Bundan əlavə, çərçivəsiz smartfonlar prioritetdə olacaq, kameraların həssaslığı artacaq və insan bədəninin tibbi göstəricilərini ölçə biləcək. Bu cür smartfonlar artıq mövcuddur. Ümumilikdə isə rəqəmsal dünyanın trendləri köklü şəkildə dəyişməyəcək, sadəcə tamamlanma prosesi sürətlənəcək, müxtəlif qacetlər təkmilləşdiriləcək”, — deyə o bildirib.