26 C
Baku
Saturday, July 27, 2024

2022-ci ildə Yaponiyanın əhalisi rekord 800 min azalıb

Yaponiyanın əhalisi keçən il təxminən 800 min azalaraq 122.42 milyon nəfərə düşüb. Məlumatları bu gün, iyulun 26-da Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi təqdim edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Ölkə əhalisinin sayı 14-cü ildir ki, azalır, son illərdə bu proses daha da sürətlənir. 2022-ci ildə Yaponiyada 1.56 milyon ölüm qeydə alınıb ki, bu da statistika tarixində rekord göstəricidir. Eyni zamanda doğulanların sayı ilk dəfə olaraq 800 mindən aşağı olub – 771 min.

Ötən il Yaponiyada 2023-cü ildə boş yaşayış binalarının sayının 10 milyona çatacağı bildirilmişdi. Bu, ilk növbədə ölkə əhalisinin sayının azalması ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər