Dövlətə məxsus olan “AzerGold” QSC-nin 2022-ci ilin ilk yarım ilindəki maliyyə hesabatı göstərir ki, onun xalis mənfəəti öncəki illə müqayisədə azalıb.
Banker.az xəbər verir ki, “AzerGold” QSC 2022-ci ilin birinci yarısında $11.25 milyon, yaxud 19.07 milyon manat xalis mənfəət əldə edib.
(Rəsmi məzənnə: 1 dollar= 1.7 manat)
Yeri gəlmişkən dövlət şirkəti cari ildə hesabatı ABŞ dolları ilə, öncəki ildə isə manatla təqdim etmişdi.
2021-ci ilin hesabatında isə “AzerGold”un xalis mənfəəti $12.75 milyon idi (21.67 mln. manat) və cari ildə xalis mənfəətin 11.8% azalması deməkdir.
Hesabat müddətində $48.10 milyon (81.77 mln. manat) həcmində satışdan gəlirləri olmuş, $26.79 milyon (45.54 mln. manat) həcmində satışın maya dəyəri olmuş və beləliklə, onun ümumi mənfəəti $21.31 milyon (36.22 mln. manat) olub.
Öncəki ilin eyni dövründə onun gəlirləri 80.71 mln. manat, satışın maya dəyəri 51.59 mln. manat və nəticədə, ümumi mənfəəti 29.23 mln. manat təşkil etmişdi.
İlk yarıda “AzerGold”un ümumi və inzibati xərcləri $7.56 mln. (12.85 mln. manat) olub. Öncəki ilin eyni dövründə bu rəqəm 6.61 mln. manat idi.
2022-ci ilin ilk yarısı:
2021-ci ilin ilk yarısı: