25 C
Baku
Monday, April 29, 2024

2023-2026-cı illərdə Azərbaycanda benzin və dizel istehsalının artacağı proqnozlaşdırılır

Azərbaycan hökuməti 2023-cü ildə avtomobil benzini istehsalını 1 milyon 444 min ton, dizel istehsalını 2 milyon 533 min ton səviyyəsində proqnozlaşdırır.

Hökumətin proqnozlarına əsasən, 2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519.6 min tona, 2025-ci ildə 1 milyon 535.6 min tona, 2026-cı ildə isə 1 milyon 551.6 min tona qədər artacaq. Beləliklə, 2023-2026-cı illərdə benzin istehsalı 7.5% artacaq.

Proqnozlara görə, 2024-cü ildə 2 milyon 542.6 min ton, 2025-ci ildə 2 milyon 536.5 min ton, 2026-cı ildə 2 milyon 535.6 min ton dizel yanacağı istehsal ediləcək. Beləliklə, 2023-2026-cı illərdə ölkədə dizel yanacağı istehsalı 0.1% artacaq.

Hökumət 2022-ci ildə benzin və dizel yanacağının istehsal göstəricilərini açıqlamır.

Xəbər veriliyi kimi, Dövlət Statistika Komitəsinin məlumatına göə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 159.5 min ton avtomobil benzini (artım 1.8%), 1 milyon 855.5 min ton dizel yanacağı (azalma 17.1%) istehsal olunub.

2021-ci ildə avtomobil benzininin istehsalı həcmi 1 milyon 259.5 min ton (artım 7.9%), dizel yanacağının istehsal həcmi 2 milyon 403.6 min ton (artım 16.2%) təşkil edib.

Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu – Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər