28 C
Baku
Saturday, July 27, 2024

2023-cü ildə “ABB-Invest Investisiya Şirkəti”nin xalis mənfəəti azalıb

Azərbaycanda iri dövriyyəyə sahib olan “ABB-Invest İnvestisiya Şirkəti” QSC 2023-cü ildə xərcləri gəlirlərindən daha yüksək olub və nəticədə şirkətin xalis mənfəəti öncəki ildən az olub.

Banker.az xəbər verir ki, investisiya şirkətinin əsas istiqamət sahəsi olan qeyri-faizlə bağlı xərclərin həcmi illik 12 faiz azalmaqla 957 min manat olub. Qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə xalis  gəlir illik müqayisədə faiz azalma ilə 7 min manata düşdüyü halda, xalis haqq və komissiya gəlirləri 85 faiz artımla 949 min manata yüksəlib.

Bununla belə şirkətin əməliyyat xərcləri 736 min manatdan 795 min manata yüksəlib.

“ABB-Invest İnvestisiya Şirkəti” 2022-ci ildə 623 min manat olan xalis mənfəət əldə etmişdisə bu rəqəm 2023-cü ildə 602 min manata düşüb. 1 yanvar 2024-cü il tarixinə investisiya şirkətinin bölüşdürülməmiş mənfəət 1 mln. 405 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər