27 C
Baku
Saturday, July 27, 2024

2023-cü ildə səyahət üçün ən yaxşı pasport seçilib – Azərbaycan neçəncidir?

Yaponiya pasportu 2023-cü ildə ən yaxşı pasport olub. Bu sənəd dünyanın 193 ölkəsinə vizasız girişi təmin edir. Qeyd edək ki, Yaponiya pasportunun mobillik reytinqi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəsmi məlumatları əsasında “Henley & Partners” beynəlxalq konsaltinq şirkəti tərəfindən tərtib edilib.

Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

Reytinqdə ikinci yeri Sinqapur və Cənubi Koreya bölüşür: bu dövlətlərin vətəndaşları 192 ölkəyə vizasız səyahət edə bilərlər. Üçüncü yeri dünyanın 190 ölkəsinə vizasız girişi olan Almaniya və İspaniya tutub.

İlk 10-luğa həmçinin Finlandiya, İtaliya və Lüksemburq (189 ölkə), Avstriya, Danimarka, Hollandiya və İsveç (188 ölkə), Fransa, İrlandiya, Böyük Britaniya və Portuqaliya (187 ölkə), Belçika, Çexiya, Norveç, Yeni Zelandiya, İsveçrə, ABŞ (186 ölkə), Avstraliya, Kanada, Yunanıstan və Malta (185 ölkə), Macarıstan və Polşa (184 ölkə), Litva və Slovakiya (183 ölkə) daxil olub.

Bildirək ki, Suriya, İraq və Əfqanıstan pasportları mobillik meyarı üzrə sonuncu sıralardadır.

Keçmiş sovet ölkələri sırasında Azərbaycan 76-cı sıradadır. Belə ki, Azərbaycan pasportu ilə dünyanın 70 ölkəsinə vizasız giriş mümkündür. Rusiya reytinqdə 49-cu (118 ölkə) Qazaxıstan 70-ci (76 ölkə), Ermənistan 79-cu (66 ölkə), Gürcüstan isə 50-ci (116 ölkə) yerdədir. Tam siyahıya buradan baxa bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər