2023-cü ilin əvvəlində xəttə 2 yeni qatar buraxılacaq

“Bakı Metropoliteni” QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı sonuncu 2 qatar (10 vaqon) 2023-cü ilin əvvəlində xəttə buraxılması gözlənilir.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, sazlama-sınaq işlərindən sonra xəttə buraxılması gözlənilir:”Son iki ay ərzində 20 vaqon və yaxud qatar gətirilib”.

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.

Qeyd edək ki, qurumun vaqon parkının sayı 329 vaqondur.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər