İlkin rəqəmlərə əsasən 2023-cü ilin I rübü ərzində Azərbaycana daxil olan pul baratları 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 84.2% artıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin ilk rübündə 442.1 mln. ABŞ dolları həcmində pul baratları daxil olub.
Hesabat dövründə ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam etmişdir. DSK-nın məlumatına görə bütün maliyyə mənbələrindən əsas kapitala investisiya 3.5 mlrd. manat olmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi vəsaitin dəyərinin 73.2%-i həcmində olmuşdur.