Dünyanın ən gözəl hava limanları — Top 7-lik

“Prix Versailles” memarlıq müsabiqəsinin münsiflər heyəti dünyanın ən gözəl hava limanlarının illik siyahısını dərc edib. Siyahıya təşkilatçıların sözləri ilə desək, köhnəlmiş standartlardan imtina edərək səyahətlərə “daha zəngin və harmonik baxış” təqdim edən yeddi terminal daxil edilib.

Reytinqə Quançjou-Bayyun Beynəlxalq Hava Limanı başçılıq edir. Linnan mədəniyyətindən ilhamlanan layihədə bulud, su və çiçək motivləri istifadə olunub. Terminalın əsas xüsusiyyətlərindən biri isə Çindəki ən hündür açıq müşahidə terrasının burada yerləşməsidir.

4dfaf8e033d04f16a18484faecbf6af6

İkinci yerdə Frankfurt Hava Limanı qərarlaşıb. Yeni terminal canlı şəhər məhəlləsi konsepsiyasında layihələndirilib: körpülər və çıxış qapıları küçə və meydanları xatırladır, interyerdə isə yura dövrünə aid əhəngdaşı və travertin istifadə olunub.

5300905077348440292

5300905077348440293

Üçüncü pillədə Hindistanın Quvahati şəhərində yerləşən Lokapriya Qopinath Bordoloi adına hava limanı yer alıb. Memar Nuru Karim layihədə bambuk, bionik dizayn və Brahmaputra çayının motivlərindən istifadə edib.

5300905077348440296

5300905077348440321

Siyahıya həmçinin Hindistanın Navi Mumbay hava limanının yeni terminalı daxil edilib. Məşhur “Zaha Hadid Architects” bürosunun hazırladığı layihə lotus çiçəyindən ilham alıb və interaktiv rəqəmsal incəsənət proqramı ilə tamamlanıb.

5300905077348440297

5300905077348440299 1

Kambocanın paytaxtı Pnompendə yerləşən Texo Beynəlxalq Hava Limanı isə keçmişlə gələcəyi birləşdirən memarlığı ilə seçilib. Tavanlar ənənəvi bambuk və rattan səbət toxunuşlarını xatırladır, dam konstruksiyası isə Kambocanın saray və məbədlərinin siluetlərinə istinad edir.

5300905077348440309

5300905077348440308

ABŞ-dən iki hava limanı da ilk yeddiliyə daxil olub. Pittsburq Beynəlxalq Hava Limanının terminalında memarlar ağac formasında 38 polad sütun quraşdıraraq regionun meşələrini xatırladan örtük yaradıblar.

5300905077348440312

5300905077348440313

Siyahını San-Diyeqo Beynəlxalq Hava Limanı tamamlayır. ABŞ-nin ən intensiv istifadə olunan uçuş-enmə zolaqlarından birinə malik hava limanında 244 metrlik şüşə fasad və sərnişinlər üçün açıq istirahət terrasları olan yeni terminal istifadəyə verilib.

project san diego international airport terminal 1 2025 1024x576 1

5300905077348440320

Xatırladaq ki, Dubai Beynəlxalq Hava Limanı 2025-ci ilin yekunlarına görə dünyanın ən işlək hava limanı statusunu qoruyub saxlayıb. Hava limanı il ərzində rekord həddə — 95,2 milyon sərnişinə xidmət göstərib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər