14 C
Baku
Wednesday, April 24, 2024

2030-cu ildə məşhur olacaq peşələr

Kanadanın Canadian Scholarship Trust (CST) fondu professional futuroloqlarla birgə 2030-cu ilin əmək yarmarkasının necə görünəcəyinə aydınlıq gətirməyə çalışmışlar.

Bütün təxminlər cəmiyyətdə baş verən ekoloji, sosial və texnoloji tendensiyalara əsaslanmışdır. Budur gələcəkdə cəmiyyət arasında böyük populyarlıq qazanmış olacaq peşələrin bəziləri ilə tanış olaq:

Tullantı dizayneri

Tullantıların bahalı və yaxud keyfiyyətli məhsula çevrilməsi təcrübəsi dərin kök atmağa başladığı bir vaxtda tullantı dizaynerlərinə tələbatın yaranması mümkün haldır. Bu peşə sahibləri tullantı məhsullarından yeni məhsul yaratmağın yaradıcı üsullarını kəşf edəcəklər.

Tibbi naviqator

CST-nin təxminlərinə əsasən tibbi naviqator xəstələrə və onların ailəsinə məsləhətlər verəcək və sağlamlıq sığortasının çətin sistemindən baş açmağa kömək edəcək. Bu peşəyə isə keçmiş tibb bacıları ilə yanaşı, yeniləri də cəlb edilə bilər.

Ailə müşahidəçisi

Bu peşə sahibləri hər hansı bir ailənin yaşadığı ərazidə şübhəli şəxslərin fəallıq dərəcəsinə və evdə baş verə biləcək mübahisələrə nəzarət edəcəklər.

Nostalgiyaçı

Nostalgist adi interyer dizaynerindən heç bir şey ilə fərqlənməyəcək və o sifariş aldığı məkanda keçmiş dövrə xas dizayner nümunələri yaratmalı olacaq.

Robotlar üzrə məsləhətçi

Gələcəkdə bütün işçi qüvvəsi robotlarla əvəz ediləcəyindən onların fəaliyyətinə nəzarət edəcək mütəxəssisə də tələbat yaranacaq. Robotlar üzrə məsləhətçi potensial müştərilərə onların tələblərinə uyğun modeli seçməkdə kömək edəcək.

Günəş texnologiyaları üzrə mütəxəssis

Əgər dünyada günəş batareyalarının quraşdırılmasına tələbat artarsa, bu sahə üzrə mütəxəssislərə də böyük ehtiyac duyulacaq.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər