9 C
Baku
Thursday, December 12, 2024

2035-ci ilə qədər Abşeronda əhalinin su təchizatı tam yaxşlaşdırılacaq

“Azərsu” ASC tərəfindən Bakı şəhəri və Abşeronun içməli su təchizatı sisteminin 4-cü master planı icra edilir.

Bunu jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin departament rəisi Bahadur Kəngərli deyib

Onun sözlərinə görə, master plan üç mərhələli dövrü əhatə edir: “Biz ikinci mərhələnin ortasındayıq. Amma təəssüf ki, bu gün icra vəziyyətimiz çox da qənaətbəxş deyil.

Plan özündə 2035-ci ilə qədər əhali artımını və yarımadanın yaşayış məntəqələrinin inkişafını əks etdirir. Yəni bu dövrə qədər hər bir insan hər hansı bir qəsəbədə, yeni inşa olunmuş yaşayış binasında 24 saat fasiləsiz və öz tələbatına uyğun su ilə təmin olunacaq. 2035-ci ildə artıq planın hesabatlarına əsasən Abşeronda 4571018 əhalinin məskunlaşacağı ehtimal olunur. Plan da bu artıma uyğun qəbul olunub”.

Qeyd edək ki, sözügüdən master planın hazırlanmasının əsas səbəbi su Bakı və Abşeronda su təchizatı sisteminin mərkəzləşdirimiş qaydada yenidən qurulmasıdır. 2012-ci ildə hazırlanın plan 2035-ci ilə qədər dövrü əhatə edir. 2016-cı ildə plan bütün nazirliklır tərəfindən protokolla təsdiq olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər