2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana 180 milyon 783 min dollar dəyərində 11 min 744,35 ton əczaçılıq məhsulları idxal olunub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana 134 milyon 494 min dollar dəyərində 6 min 952,47 ton əczaçılıq məhsulu gətirilmişdi.
Beləliklə, cari ilin 6 ayı ərzində illik müqayisədə sözügedən məhsulların ölkəyə idxalı miqdar ifadəsində 69%, dəyər ifadəsində 34,4% artıb.