27 C
Baku
Saturday, July 27, 2024

3 rayon üzrə avtobus biletini onlayn almaq mümkün oldu

“Biletim.az” portalına daha bir neçə məntəqə əlavə edilib.

Banker.az xəbər verir ki, sərnişinlər artıq Bakıdan Siyəzən və Sabirabada, eləcə də Sumqayıtdan Xudata və əks-istiqamətlərə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər.

Həmçinin portala daha əvvəl mövcud olan Bakı – Şabran, Bakı – Ağcabədi və Bakı – Oğuz marşrutları üzrə əlavə reyslər daxil edilib.

Xatırladaq ki, artıq “biletim.az” portalında 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 131, nəqliyyat vasitələrinin sayı isə 295-dir.

Son xəbərlər
Digər xəbərlər