4 C
Baku
Friday, March 29, 2024

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Azərbaycanda 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verilir.

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnozla uyğundur.

Qeyd edilir ki, 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər