9 C
Baku
Friday, December 13, 2024

4 bankın əmanətçilərinə 540 mln. manata yaxın kompensasiya ödənilib

Bu ilin iyunun 16-dan oktyabrın 5-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan “AGBank” və “NBCBank”ın əmanətçilərinə 193,9 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF)  verilən məlumata görə, “AGBank” üzrə 4 178 əmanətçiyə 79,87 mln. manat, “NBCBank” üzrə isə 3 959 əmanətçiyə 114,04 mln. manat kompensasiya verilib.

İyunun 1-dən oktyabrın 5-dək “Kapital Bank” tərəfindən ləğv prosesində olan “Amrahbank” və “Atabank”ın əmanətçilərinə 345,91 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində “Amrahbank” üzrə 5 581 əmanətçiyə ödənilən məbləğ 132,60 mln. manat, “Atabank” üzrə isə 9 208 əmanətçiyə 213,30 mln. manat kompensasiya verilib.

Ümumilikdə, oktyabrın 5-nə ləğv prosesində olan 4 bank üzrə 22 926 əmanətçiyə 539,83 mln. manatdan çox kompensasiya ödənilib.

Son xəbərlər
Digər xəbərlər