6 C
Baku
Saturday, December 14, 2024

4 şirkətin səhmləri satışa çıxarılır – Siyahı

Banker.az xəbər verir ki, hərraca 4 səhmdar cəmiyyət çıxarılır.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq investisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
Pul hərracı 2024-cü il aprel ayının 16-da saat 09:30-da Əmlak Xidmətləri Məkanında (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 195-1 nömrəli Çağrı Mərkəzi vasitəsilə və Xidmətin privatization.az portalından ala bilərsiniz.

Sıra sayı Səhmdar cəmiyyətinin
adı və təsis tarixi
Səhmdar cəmiyyətinin hüquqi ünvanı Nizamnamə kapitalının həcmi (manat) Buraxılmış səhmlərin ümumi sayı (ədəd) Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)
İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında
%-lə
1 Biləsuvar Broyler №388 02.03.1998 Biləsuvar rayonu, Nəsimi kəndi 297458.00 148729 2.00 44733 30.08 89466.00 44733.00 4473.30
2 Əli Bayramlı Konserv №761 22.09.1997 Şirvan şəhəri,
Cənub sənaye rayonu
837777.60 418889 2.00 125683 30.00 251366.00 125683.00 12568.30
3 Ucar İnşaat Xidmət №361 28.11.2007 Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 13 25676.00 12838 2.00 5784 45.05 11568.00 5784.00 578.40
4 Zaqatala Fındıq №25 06.01.1998 Zaqatala şəhəri,Azərbaycan prospekti, 37 838868.80 419434 2.00 125992 30.04 251984.00 125992.00 12599.20
Son xəbərlər
Digər xəbərlər