46 500 000 dollara rəsm əsəri satıldı

Sotheby’s hərrac evində keçirilən hərrac zamanı rəssam Mark Rotko-nun “Sarı və mavi” adlı rəsm əsəri 46 milyon dollara satılmışdır. Bu haqda məlumat Bloomberg agentliyinə istinadən verilmişdir.

2,5 metr hündürlüyə malik “Sarı və mavi” rəsm əsərini rəssam 1954-cü ildə çəkmişdir. Jurnalistlərin qeyd etdiyinə görə rəsm əsəri ilk baxışdan Ukraynanın bayrağını xatırladır. Əsər bir zamanlar kolleksioner və xeyriyyəçi Reyçel Mellona məxsus olmuşdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər