19 C
Baku
Monday, May 20, 2024

Varlı yoxsullar haqqında ibrətamiz hekayə

Bir dəfə olduqca varlı ata öz oğlunu kasıb bir kəndə aparır ki, yoxsul insanların necə yaşadığını ona göstərə bilsin. Onlar olduqca kasıb bir evdə bir neçə gün yaşamaq qərarına gəldilər. Evdən doğrudan da yoxsulluq abı-havası sezilir.

Qayıdanda ata oğuldan soruşur ki, səfər onun xoşuna gəlib?

“Çox əla idi, ata!” – oğul cavab verir.

“Sən kasıb insanların, necə yaşadığını gördün? ” –ata soruşur.

– Əlbəttə!

– De görüm, bəs bütün bu müddət ərzində nə başa düşdün?

Oğul cavab verdi:

– Mən gördüm ki, bizim bir itimiz var, onlarınsa dörd, pişiklərin isə sayı hesabı yoxdur! Bizdə həyətin yarısı boyda hovuz var, onların çayının sonu isə görünmür. Bizim bahalı işıq lampalarımız var, onların isə bütün gecələri bərq vuran ulduzları. Bizim yaşamaq üçün bir az torpağımız var, onların isə ucu-bucağı görünməyən tarlaları və çölləri.  Biz yeməyi alırıq, onları isə öz yeməklərini becərir və ya onu meşədən toplayırlar. Bizi saatın zəngi oyadır, onları isə günəş. Biz təbiəti seyr etmək üçün pul ödəyərik, zooparklara gedirik, onlar isə elə təbiətin ortasında yaşayırlar. Bizi qoruyan divarlardı, onlar isə bütün dünyanın müdafiəsi altındadır.

Atanın sanki nitqi kəsilir.

Oğul əlavə edir:

– Çox sağ ol, ata, mənə bizim nə qədər kasıb olduğumuzu anlatdığın üçün.

Son xəbərlər
 ⁠
Digər xəbərlər