8 C
Baku
Thursday, December 12, 2024

48 milyonluq “Qafqaz Konserv Zavodu”ndan maya geri götürülür

“Qafqaz Konserv Zavodu” MMC nizamnamə kapitalını azaldır.

Banker.az-ın məlumatına görə, “Qafqaz Konserv Zavodu” MMC nizamnamə kapitalının 48 400 867.62 manatdan 47 919 674.77 manatadək azaldığını elan edir.

Kreditorlar öz tələblərini bir ay ərzində AZ2700, Xaçmaz rayonu, Xaçmaz şəhəri, Bakı-Xaçmaz avtomobil şossesinin 157-ci kilometri ünvanına bildirə bilərlər.

Qafqaz Konserv Zavodu” MMC 12.09.2003-cü il tarixində Xaçmaz rayonunda fəaliyyətə başlayıb. Müəssisənin ümumi sahəsi 40 hektara yaxındır. Qafqaz Konserv Zavodu illik 20-25 (13-15 faktiki) min ton meyvə-tərəvəz konservi və 9 (6 faktiki) min ton ət konservi məhsullarının istehsalı gücünə malik olmaqla, Azərbaycan Respublikasının Şimal Regionunda Kənd Təsərrüfatı məhsullarının əsas alıcısı kimi fəaliyyət göstərir. Müəssisədə 350 nəfərdən artıq işçi çalışır

Son xəbərlər
Digər xəbərlər