18 C
Baku
Thursday, April 25, 2024

ABŞ-da otellər evdən işləyə bilməyən işçilərə otaqlar icarəyə verməyə başladılar

Koronavirus pandemiyası, o cümlədən biznes və hərəkət azadlığına qoyulan məhdudiyyətlər səbəbindən ABŞ-da otelçilik sənayesi 2019-cu illə müqayisədə 80% ixtisar olub.

Banker.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat verib. 

Bununla yanaşı, mayın sonu və iyunun əvvəlində analitiklər tələbin kəskin artdığını müşahidə etdilər. Buna görə, otellər pul qazanmaq və distant iş rejimini təşkil etmək üçün işçilərə otaqları icarəyə verməyin yollarını axtarmağa başladılar. 

Qeyd edək ki, distant çalışan işçiləri oteldəki yüksək keyfiyyətli xidmət, sürətli İnternet, rahat kürsülər, fasilə etmək və ya aktual xəbərləri izləmək üçün televiziya və çarpayılar cəlb edir. 

İşçiləri cəlb etməyə kömək edən məsələlərdən biri də otellərdə sanitariya normalarının gözlənilməsidir. Məsələn, “Marriot” mayın əvvəlindən başlayaraq ictimai yerlərin dezinfeksiyası üçün xesusi elektrostatik məhlullardan istifadə edir, “Hilton” isə antiseptik istehsalçıları (“Dettol”, “Lysol”) ilə əməkdaşlıq etməyə başladığını bildirib. 

“HotelsByDay” şəbəkəsi qeyd edir ki, may-iyun aylarında yalnız gündüz istifadə olunan otaqlara tələb 900% artıb. Şirkət rəhbəri Yannis Moati bildirir ki, bu səbəbdən bir çox otellər konferensiya zallarında dəyişikliklər etməyə, orada iş masalarını yerləşdirməyə başladılar. 

Bəzi otellər otaqları aylıq icarəyə verməyə başladılar. Məsələn, Bevirli-Hillzdəki beş ulduzlu “The London West Hollywood” iyunun əvvəlindən başlayaraq qonaqlarına 5 min dollara Office at The London paketini təklif edir. Bu paketə sahəsi 67 kvadrat metrdən az olmayan otaq, kofe və Wi-Fi daxildir. 

otel

Vaşinqtonda yerləşən “The Hamilton Hotel” qonaqlarına 109 dollara Home-Away-From-Home Office günlük paketi təklif edir. Paketə saat 16:00-dək otağın icarəsi, səhər yeməyi və limitsiz kofe daxildir. Belə paketlər üçün otel 30 otaq ayırmağı planlaşdırır. 

otel.jpg1

Nyu-Cersidəki “The Asbury” oteli qonaqlarına otaq deyil, iş yerləri təklif edir. Qiymət – gündə 35 dollar. 

otel.jpg2

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər