5 misilsiz məsləhət

0

Corc Lukas

Ləngimədən hərəkət edin!


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Əgər  gözəl günlərin birində dahi bir əmələ imza atmaq fikriniz varsa, yadda saxlayın ki, o gözəl gün məhz bu gündür.

 Albert Eynşteyn

Hər şeyə rəğmən öz uğurunuza inanın!

Həyatı yaşamağın yalnız iki üsulu vardır. Birinci –sanki həyatda heç möcüzə olmur deyə. Ikincisi – sanki hər şey ancaq möcüzədir deyə!

 Donald Tramp

Öz vaxtınızın heç olmasa bir hissəsini, amma hər gün olmaq şərti ilə, öz arzunuza sərf edin. Gündəlik çalışmalar, sizin uğurun əsl zəmanətidir!

İstənilən “yaxşı vaxtlar” – həmişə sizin zəhmətkeş əməyiniz və keçmişdəki daimi fədakarlığınızınızın nəticəsidir. Sizin bu gün etdikləriniz isə -gələcək  nailiyyətlərin təminatıdır. Əgər sabah da bəhrəsini görmək istəyirsinizsə, onda hər gün toxum səpməyə davam edin! Əgər siz heç olmasa bir dəqiqəlik konsentrasiyanı zəiflətsəniz, onda mütləq şəkildə geriyə gedəcəksiniz.

Stiv Cobs

Yalnız ən çox sevdiyiniz işi görün. Bu, mütləq sizi uğura aparacaq. Mən hər gün səhər güzgüyə baxır və özümdən soruşurdurm: “Əgər bu gün həyatımın son günü olsaydı, mən indi məşğul olduğum işlə məşğul olmaq istərdimmi?” Və əgər çoxlu günlər ərzində cavab davamlı olaraq “yox” olardısa –mən başa düşürdüm ki, nəyisə dəyişmək vaxtı yetişib.

Tomas Edison

Heç vaxt təslim olmayın!

Bizim ən böyük nöqsanımız, əllərimizi yanımıza həddindən artıq tez salmaq- təslim olmaqdır. Uğura aparan ən doğru yol –həmişə daha bir dəfə cəhd etməkdir.