Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi regionlarda yeni tam orta məktəb binalarının tikintisi ilə bağlı iri həcmli açıq tenderlər elan edib.
Banker.az xəbər verir ki, Beyləqan, Masallı, Biləsuvar, Ağdaş və Hacıqabul rayonlarında ümumilikdə 2 310 şagird yerlik 5 yeni məktəbin inşası nəzərdə tutulur. Elan olunmuş 5 müsabiqə üzrə işlərin ümumi ehtimal olunan qiyməti 25 milyon 712 min manat təşkil edir.
Məktəblər üzrə ayrılan vəsait və tutum göstəriciləri aşağıdakı kimidir:
-
Masallı rayonu, Boradigah qəsəbə 1 nömrəli tam orta məktəb (624 şagird yerlik) – 5,87 milyon AZN
-
Biləsuvar rayonu, Bağbanlar kənd A.Həsənov adına tam orta məktəb (528 şagird yerlik) – 5,87 milyon AZN
-
Ağdaş şəhər 8 nömrəli tam orta məktəb (432 şagird yerlik) – 5,56 milyon AZN
-
Hacıqabul rayonu, Navahı kənd M.Ağayev adına tam orta məktəb (360 şagird yerlik) – 5,25 milyon AZN
-
Beyləqan rayonu, Yeni Mil qəsəbəsi R.Quliyev adına tam orta məktəb (360 şagird yerlik) – 3,73 milyon AZN







