2020-ci il ilə müqayisədə 2021-ci ilin aprel ayında Azərbaycanın 20 sığorta şirkətindən 5-nin hesabladığı sığorta haqları azalıb, 13-nün isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “İpək Yolu Sığorta” şirkətidir (22%), ən az azalma isə “Atəşgah Həyat Sığorta”da (0.4%) qeydə alınıb.
Yığımları ən çox artan “Xalq Həyat Sığorta” şirkətidir (2.2 dəfə), ən az artan isə “Xalq Sığorta” şirkətidir (2%).
Onu da qeyd edək ki, “Aqrar Sığorta” və Meqa Həyat Sığorta şirkəti yeni yarandığı üçün müqayisə etmək mümkün deyil.