23 C
Baku
Saturday, April 27, 2024

5 şirkətə məxsus istehlaka yararsız qida məhsulları məhv edilib

İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında 5 şirkətə məxsus ümumilikdə 27 tondan çox qida məhsulu məhv edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Agentlik məlumat yayıb.

Bildirilir ki, “Panasam” MMC-yə məxsus ümumi çəkisi 220 kq müxtəlif növ kolbasa məhsulu, “Klin-Pro” MMC-yə məxsus ümumi çəkisi 54 kq yağ məhsulu, “Food Fish” MMC-yə məxsus ümumi çəkisi 1,26 ton dəniz məhsulu, “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 270 kq dəniz məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 25,72 ton müxtəlif növ qida məhsulu isə “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər