10 C
Baku
Thursday, December 12, 2024

50 aptekdə yoxlama aparıldı: nöqsanlar aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla, ümumilikdə 50 aptekdə planlı yoxlama aparılıb.

Mərkəzdən  verilən xəbərə görə, yoxlamalar zamanı 7 aptekdə nöqsan aşkarlanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin mart ayı ərzində Bakı şəhəri üzrə 1, respublikanın digər şəhər və rayonlarında isə14 aptek olmaqla, ümumilikdə 15 aptekdə yoxlama aparılıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.10, 452.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Son xəbərlər
Digər xəbərlər