18 C
Baku
Wednesday, April 17, 2024

2020-ci il 14 yanvara qədər vaxtınız var

“Windows 7” əməliyyat sisteminin dəstəklənmə müddətinə 1 il qalmasına baxmayaraq, şirkətlərin təxminən 50%-də kompüterlər həmin sistemin idarəetməsi altında işləyir.

Banker.az “ICTnews” saytına istinadən yazır ki, məzmun tədarükü üçün proqram təminatı üzrə ixtisaslaşmış “Kollective” şirkəti tərəfindən keçirilmiş sorğu nəticəsində məlum olub ki, təşkilat və müəssisələrin 43%-də mövcud olan kompüterlər “Windows 7” sisteminin idarəetməsi altında işləyir. Bundan başqa, respondentlərin 16%-i köhnə “Windows XP” və “Vista” platformalarından istifadə edildiyini bildiriblər. Sorğuda Avropa və ABŞ-da fəaliyyət göstərən şirkətlərdə işləyən 260-dan çox İT rəhbəri iştirak edib.

Araşdırmaya görə, rəyi soruşulmuş İT rəhbərlərinin 20%-i əməliyyat sisteminin dəstəklənmə müddətinin bitmə tarixini bilmir. 6%-i bu müddət haqqında məlumatlı olsa da, amma hələ “Windows 10” sisteminə keçid planlaşdırmır.

“Microsoft” şirkəti 14 yanvar 2020-ci il tarixində “Windows 7” sisteminin ödənişsiz dəstəyini dayandıracaq. Bundan sonra “Windows 7” sisteminin idarəetməsi altında işləyən kompüter sahiblərinə təhlükəsizlik  yeniləmələri göndərilməyəcək.

Son xəbərlər
Digər xəbərlər