10 C
Baku
Thursday, December 12, 2024

500 min manat pulu mənimsəyən xəzinədar 8 il müddətinə həbs edilib

Bakı Ağır cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Muğanbank” ASC-nin sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Əliyev 8 il müdddətinə azadlıqdan məhrum edilb.

İttihama görə, A. Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla, bankın Dostluq filialının inzibati binasında fiziki şəxslərə məxsus təxminən 500 min manatı dələduzluq yolu ilə ələ keçirib. 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər