5 C
Baku
Saturday, December 14, 2024

51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələrindən 10-u paytaxtda, digərləri isə Daşkəsən və Şirvanda yerləşir. Ümumi faydalı sahəsi 11.9 kv.m ilə 127.4 kv.m intervalında olan obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün geniş seçim imkanları yaradır. Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 127.4 kv.m-dir. Bu əmlakdan sərmayəçi xidmət obyekti və ofis kimi istifadə edə bilər.

Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə istinad edir.

Şirvan, Bərdə, Lənkəran kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Bu müəssisələr arasında “Lənkəran Mebel”, “Salyan Kəndkimya”, “Kürdəmir Aqrotexservis” və digər səhmdar cəmiyyətləri var.

Avtomobil sahibi olmaq istəyənlər üçün budəfəki hərracda da əlverişli imkanlar yaradılıb. Vətəndaşlar buraxılış tarixi 1999-2014 illər olan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Bu avtomobillər Nissan, Kia, Toyota və digər markalara aiddir. Qeyd edək ki, nəqliyyat vasitələri üçün təyin olunan ilkin hərrac qiymətləri 1440 və 10 min manat arasındadır.

Son xəbərlər
Digər xəbərlər