1 C
Baku
Saturday, December 14, 2024

DSMF büdcəsi haqqında Qanunu təstiqləndi

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 Maddə 1. Büdcənin ümumi göstəriciləri

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 078 570 100,0 manat, xərcləri 3 078 570 100,0 manat məbləğində təsdiq edilir.

 Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2016-cı ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

                            Gəlirlərin mənbələri Məbləğ (manatla)
 1.  Məcburi dövlət sosial sığorta haqları, cəmi

o cümlədən:

   1 972 200 100,0
1.1.  büdcədən maliyyələşən təşkilatlar üzrə 605 000 000,0
1.2.  büdcədən maliyyələşən təşkilatlarda işləyənlər

üzrə

 

82 500 000,0

1.3. büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə      daxilolmalar  

12 500 000,0

1.4.  digər sığortaedənlər

o cümlədən:

1 272 200 100,0
 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

üzrə

 

53 540 100,0

 Sair gəlirlər, cəmi

o cümlədən:

6 370 000,0
 sanatoriya-kurort yollayışlarının qismən dəyəri

üzrə daxilolmalar

 

1 736 400,0

 Dövlət büdcəsindən ayırmalar (transfert) 1 100 000 000,0

 

Maddə 3. Xərclər

 

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

Xərclərin istiqamətləri Məbləğ (manatla)
 1.  Əhaliyə ödənişlər, cəmi

o cümlədən:

3 011 145 000,0
1.1.  əmək pensiyalarının ödənilməsinə, cəmi

 

2 923 588 000,0
1.2.  məcburi dövlət sosial sığorta haqları hesabına

müavinətlərə, cəmi

ondan:

 

87 557 000,0

 əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 21 723 100,0
 hamiləliyə və doğuşa görə 27 144 100,0
 uşağın anadan olmasına görə 7 070 300,0
 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 9 757 300,0
 dəfn üçün 15 594 100,0
 işsizliyə görə 6 268 000,0
 Pensiya və müavinətlərin əhaliyə çatdırılması,

bank əməliyyatlarının aparılması üzrə xidmət

haqqı xərcləri

 

 

20 015 100,0

 Sığortaolunanların sanatoriya-kurort müalicəsi və

sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi

üzrə Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyası vasitəsilə maliyyələşdirilən

xərclər, cəmi

o cümlədən:

 

 

 

 

19 120 000,0

3.1.  sanatoriya-kurort müalicəsi və istirahət üçün

yollayışların alınmasına

 

14 880 000,0

3.2.  sığortaolunanların uşaqlarının sağlamlıq

düşərgələrində istirahətinin təşkilinə

 

320 000,0

3.3.  sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb

xidməti və ştatların saxlanılmasına

 

200 000,0

3.4.  Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının idman cəmiyyətlərinə məxsus

idman qurğularının qismən saxlanılmasına

(işçilərin əməkhaqqının ödənilməsi)

 

 

 

2 460 000,0

3.5.  Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi

müfəttişliyinin, etimadlı həkimlərin,

sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların

saxlanılmasına

 

 

 

1 260 000,0

 Dövlət Sosial Müdafiə Fondunun mərkəzi

aparatının və onun yerli orqanlarının saxlanılması

xərcləri

 

 

27 000 000,0

 Beynəlxalq təşkilatlara üzvlük haqlarının

ödənilməsi xərcləri, cəmi

o cümlədən:

 

40 000,0

5.1.  Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük

haqqının ödənilməsi xərcləri

 

14 000,0

5.2.  MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına

üzvlük haqqının ödənilməsi xərcləri

 

26 000,0

Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri 1 250 000,0

 

 

Maddə 4. Borcların ödənişi

Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.

Maddə 5. Qalıqlardan istifadə

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 6. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.

Maddə 7. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2015-ci il.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.