9 C
Baku
Friday, December 13, 2024

Maşını lizinqə almaq kreditdən sərfəli olacaq

Ekspert Rəşad Əliyev vergi dəyişiklilərinin lizinq bazarına təsirindən söz açıb.

Yeni dəyişikliklərə əsasən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı ƏDV-dən azad ediləcək. Bu sözsüzki lizinq xidmətləri sahəsinin inkişafına səbəb ola bilər. Bunula yanaşı bu sahibkarlıq subyektləri üçün də sərfəlidir. Çünki gələcəkdə əldə edəcəkləri lizinq xidmətlərinin qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq. Müəssisə bankdan kredit alıb xaricdən maşın, avadanlıq və nəqliyyat vasitəsi gətirəndə idxalda ƏDV ödəyir. Yəni müəssisə həm ƏDV ödəyir, həmdə əvvəl aldığı kredit üzrə faizləri. Ancaq lizinq şirkəti belə şəraitlər üçün daha yaxşı təklif verə bilir. Çünki onun göstərdiyi xidmətlər və idxal etditi avadanlıqlar ƏDV-dən azaddır. Belə çıxır ki, sahibkarlıq subyektləri üçün maşın, avadanlıq və nəqliyyat vasitəsi alınması üçün bank krediti yox məhz lizinq sərf edəcək. Bir sözlə desək bank sektoru bu istiqamətdə rəqabəti uduzacaqdır.

Son xəbərlər
Digər xəbərlər