3 C
Baku
Saturday, December 14, 2024

6 ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir

Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində sınaq müddətinə dair norma müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində əksini tapıb.

Əmək Məcəlləsinə əsasən, sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.

Qüvvədə olan Əmək Məcəlləsinə görə, sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Layihəyə əsasən, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti təyin ediləcək.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər