2 C
Baku
Saturday, December 14, 2024

6 Bank hələ də Mərkəzi Bankın tələbini yerinə yetirmədiklərini söylədi

Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbin yekunlaşmasına artıq son iki gün qaldı. Ölkənin bir çox bankları kapitallarını artırmasına baxmayaraq, 5 bankın talehi hələ də həll olunmayıb. Beləliklə ölkə banklarından 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırmayan banklar isə digər banka birləşdiriləcək.

Hazırda Mərkəzi Bankın nizamnamə kapitalı haqqında qoyduğu tələbi yerinə yetirməyən banklar: Euro Bank, Azərbaycan Kredit Bankı,  Naxçıvan Bank, İran Melli Bank, Pakistan Milli Bank və Bank of Azerbaijan bankıdır.

Banker.az saytı olaraq bu banklarla əlaqə saxlayaraq nizamnamə kapitalı haqqında məlumat almaq istədik.  Azərbaycan Kredit Bankı,  İran Melli Bank, üçün son 2 gün qalmasına baxmayaraq, “qoyulan tələbi yerinə yetirə bilmədiklərini, danışıqların getdiyini və başqa hələ heç bir məlumat verə bilməyəcəklərini “söylədilər.

Pakistan Milli Bank və Bank of Azerbaijan, Euro Bank, Naxçıvan Bankı ilə əlaqə saxlayıb, məsələni dəqiqləşdirmək istəsək də, bank zənglərimizi cavabsız qoydu.

Qeyd edək ki, son açıqlama verdikləri tarixlərə əsasən,nizamnamə kapitalı haqqında qoyulan tələbi yerinə yetirməyən banklardan  Euro Bank-ın məcmu kapitalı  7.5 mln manat,  Azərbaycan Kredit Bankı nizamnamə kapitalı 11,5 milyon manat, məcmu kapitalı isə 5,8 milyon manat, Bank of Azerbaijan məcmu kapitalının 33.6 milyon manat, İran Melli Bank-nın nizamnamə kapitalı 22 mln manat, Pakistan Milli Bank məcmu kapitalı 10 mln manat, Naxçıvan Bank-nın isə nizamnamə kapitalı 41,8 milyon manat təşkil edirdi.

Mərkəzi Bankın qərarına görə, ilin sonuna qədər məcmu kapitalını 50 milyon manata çatdırmayan banklar ya başqa banka birləşməli, ya bank olmayan kredit təşkilatına çevrilməli, ən pis halda isə bağlanmalı olacaqlar.

Son xəbərlər
Digər xəbərlər