27 C
Baku
Saturday, April 27, 2024

60-65 yaşı keçən şəxslər – onların təminatları və məhrumiyyətləri

Bu yazımızda mövcud qanunvericiliklə 60-65 yaşı keçən şəxslər üçün hansı təminatların nəzərdə tutulduğunu, həmçinin hansı məhrumiyyətlərin mövcud olduğunu qeyd edəcəyik. Azərbaycan Respublikası vətəndaşları üçün hər yaş dövrünə uyğun olaraq təminatlar nəzərdə tutulmuşdur. Bu təminatlar qismində son yaş dövrü kimi 65 yaşa uyğun olaraq pensiya sistemi formalaşmışdır. Bu yazımızda bəzi hallarda gender fərqinə uyğun olaraq 60 və ya 65 yaşınadək qadınlara dair məsələləri də 65 yaşına çatmış kişilərlə bağlı hissədə qeyd edəcəyik. Göstərilən yaş dövrü üçün mövcud başlıca tələblər və təminatları aşağıdakı kimi təqdim edirik:

– Əmək qanunvericiliyinə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və dövlət qulluğundan çalışmanın yaş həddi 65 yaşdır. Bu yaşdan sonra hər il üçün 1 illik və maksimum 5 dəfə olmaqla, müqavilə bağlana bilər.

– 2021-ci il iyulun 1-dən kişilərin, 2027-ci il iyulun 1-dən isə qadınların 65 yaşına (hazırda 2023 iyulun 1-dən 63 yaş qadınlar) çatdıqda, yaşa görə əmək pensiyası hüququnun yaranması müəyyən edilmişdir. Bununla yanaşı vəfat etmiş şəxsin 15 yaşından vəfat yaşınaqədər keçən hər il üçün 4 ay stajı olubsa, mərhumun ata-anası, ər-arvadı yuxarıda göstərilən tarixlərə uyğun 65 yaşına çatdıqda, ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdir.

– Göstərilən pensiya yaş həddinə çatmış şəxslər sosial müavinət qanunvericiliyinə görə əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. Bu şəxslər pensiya almaq hüququna malik olmadıqda müavinət almaq hüququ qazana bilir.

– İnzibati xəta törədilərkən şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilməlidir. Bu tənbeh tədbirləri sırasında şəxsin azadlığını məhdudlaşdıran inzibati həbs tədbiri də mövcuddur ki, həmin tənbeh növü 3 gündən 3 ayadək müəyyən edilə bilir. 65 yaşına çatmış kişilərə və 60 yaşına çatmış qadınlara isə bu tənbeh növü tətbiq edilmir.

– Cinayət qanunvericiliyinə görə 65 yaşına çatmış kişilərə törədilmiş cinayətdən irəli gələrək hökm çıxarılanadək bu yaşı tamam olduqda belə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir.

– Sürücülər üçün tələblərə görə 60 yaşına çatmış şəxslərin sürücülük vəsiqəsinin müddəti bitdikdə yeni vəsiqə 70 yaşınadək, 70 yaşında isə 2 illik müddətə verilir. Şəxsiyyət vəsiqəsi isə 55 yaşadək 10 illik, 55 yaşdan sonra müddətsiz verilir.

– Son yaş həddi Konstitusiya məhkəməsi hakimləri üçün 70, Ali məhkəmə hakimləri üçün 68, digər məhkəmə hakimləri üçün isə 66 yaş müəyyən edilmişdir. Daxili işlər orqanlarında xidmətkeçmə barədə qanunvericiliyə əsasən polis general polkovniki olaraq bu son yaş həddi 65 yaş sayılır. Ədliyyə orqanlarında bu 60 yaş sayılır, lakin 5 ilədək uzadıla bilər.

– Deliktlə bağlı mülki qanunvericiliyə görə ailə başçısının ölümü nəticəsində zərərçəkmiş 60 yaşına çatmış qadınlar və 65 yaşına çatmış ailə üzvü olan kişilərə ömürlük dolanacaq xərcləri ödənilir.

– Dövlət ipotekası şərtlərinə əsasən İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən verilən ipoteka krediti 25, güzəştli isə 30 il müddət təşkil etdiyi üçün bu müddət üzrə başlıca tələb kreditin son müddətində kredit götürən şəxsin pensiya yaşına çatması ilə eynilik təşkil edir. Buna uyğun olaraq, kredit götürən şəxslərin həyat sığortası müqaviləsi də 65 yaşdan yuxarı şəxslərlə bağlanmır.

Müəllif: Şəhriyar Həbilov

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər