9 C
Baku
Thursday, December 12, 2024

60 ildən sonra məlum olan qələbə

1900-cü ildə Parisdə qadınların iştirakı ilə ilk Olimpiya oyunları keçirilirdi. Qadınların iştirak etdiyi yarışlar arasında yaxtalarda üzmək, tennis və qolf təyin edilmişdi.

Bu zaman qolf üzrə çempion 24 yaşlı amerikalı Marqaret İv Ebbott olur. 1900-cü ilin oyunları elə də yüksək səviyyədə təşkil edilməmişdi. İdmançıların əksəriyyəti hətta burada nə baş verdiyini və ümumiyyətlə olimpiada da iştirak etdiklərini anlamırdı. Olimpiada da iştirak etdiyindən ümumiyyətlə xəbəri olmayanlardan biri də Marqaret idi.

O Deg və Rodenin incəsənətini öyrənmək üçün Parisə gəlir. O bir qədər əylənmək üçün qolf oynamaq qərarına gəlir və üstəlik bu zaman “hər hansısa yarışlar” keçirilirdi. Marqaretə heç kim Olimpiada oyunlarında iştirak etdiyini demir.

Marqaret turnirdə qalib gəlir və çempionat hakimlərinin əlindən çini  mükafatı qəbul edir (o zaman Olimpia qaliblərinə qızıldan mükafat verilmirdi). O bu mükafatla ABŞ-a geri dönür.

Bundan 60 il keçdikdən sonra, Marqaret dünyasını dəyişdikdə belə aydın olur ki, o 1900-cü ilin Olimpia oyunlarında qolf turniri üzrə qalib olmuşdur.

Marqaretlə birgə həmin turnirdə onun anası Meri Ebbott da iştirak edirdi. O isə turnirdə 7-ci yeri tutmuşdu.

Son xəbərlər
Digər xəbərlər