Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 21-də ölkə üzrə 395 ictimai iaşə obyektində 687 monitorinq keçirib.
Banker.az AQTA-ya istinad xəbər verir ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 19, 20-ci yaşayış massivində yerləşən, fiziki şəxs Kazımlı Şakir Şahin oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, M. Mirqasımov küç., ev 28 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rauf Tair oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 30 ünvanında yerləşən, hüquqi şəxs “NİCAT-K” firmasına məxsus “Azəri Pivə Bar”;
4. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Nəsirov Rahid Vahid oğluna məxsus kafe;
5. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Mübariz Yaqub oğluna məxsus kafe;
6. Zaqatala rayonu, F. Əmirov küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Akif Rəhim oğluna məxsus kafe;
7. Zaqatala rayonu, Əliyev pr., ev 161 ünvanında yerləşən, fiziki şəxs Əsədov Altun Ülfət oğluna məxsus “Elite Palace” restoranı.