28 C
Baku
Saturday, July 27, 2024

7 restoran və kafe cərimələndi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 15-də ölkə üzrə 382 ictimai iaşə obyektində 669 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail‎ rayonu, Bülbül pr., ev 10, m.5 ünvanında yerləşən, fiziki şəxs Aslanov Asim Həsən oğluna məxsus “Boğaziçi” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küç., ev 53 ünvanında yerləşən, hüquqi şəxs “Yoshi sushi Elmlər” MMC-yə məxsus “Yoshi sushi” restoranı;

3. Bakı şəhəri, Səbail‎ rayonu, Bülbül pr., ev 11A ünvanında yerləşən, fiziki şəxs Zeynalov Paşa Habil oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən, hüquqi şəxs “Fbco” MMC-yə məxsus restoran;

5. Gəncə şəhəri, C. Cabbarlı küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Paşayev Faiq Aydın oğluna məxsus “Kristal” kafesi;

6. Oğuz rayonu, H. Əliyev küçəsində yerləşən, fiziki şəxs Alxaslı Nurçin Alamməd oğluna məxsus kafe;

7. Oğuz rayonu, 20 Yanvar küç., ev 31 ünvanında yerləşən, hüquqi şəxs “Afra Ltd” MMC-yə məxsus “AFRA” hotelin tərkibində fəaliyyət göstərən restoran.

Son xəbərlər
Digər xəbərlər