6 C
Baku
Sunday, December 15, 2024

Innovativ biznesin gündəlik həyata tətbiqinin 9 nümunəsi

Maliyyə və bank texnologiyaları sahəsində son nailiyyətlərə həsr olunmuş konfransları təşkil edən Finovate şirkəti, hal hazırda bu sahədə yeni fikir hüququ  uğrunda rəqabət aparan 56 şirkəti ayırır. CNN Money.com saytı doqquz oxşar innovasiyanı nümunə olaraq gündəlik həyatda istifadə edilməsini  misal kimi gətirir.
 
1. Biri hamı üçün

Dynamics şirkəti (Pittsburq, ABŞ). 2007-ci ildə təsis edilmişdir.

Təsəvvür edin ki, siz işgüzar naharın haqqını ödəyirsiniz və şəxsi kredit kartınızı bir dəfə düyməyə basmaqla korporativ kredit kartına çevirə bilirsiniz yaxud kartı kredit rejimindən debet rejiminə keçirə bilirsiniz. İndi bunu etmək tamamilə realdır.

Plastik kartlar üçün yeni texnologiyalar hazırlanması ilə məşğul olan Dynamics şirkəti plastikin istifadəsində yeni imkan təklif etmişdir: kartın arxasında olan maqnit zolağı xüsusi  dəyişdirici düymə vasitəsi ilə yenidən proqramlaşdırıla bilər.

Bundan başqa, Dynamics bonus ballarının alınması rejiminə keçmə imkanı olan yaxud yüksək təhlükəsizliyi təmin etmək üçün plastikin bilavasıtə üz tərəfində şəxsi PİN-kod yığmaq funksiyası olan  kartlar təklif edir.

Şirkətin işləyib hazırladıqları həyata tədricən geniş yayılır: belə ki, bu yaxınlarda Citibank kredit kartı rejimindən partnyor-mağazaların bonus balları almaq rejiminə keçmək imkanı olan kart buraxmışdır. Yaxın gələcəkdə Dynamics-dən digər yeniliklər gözlənilir.

2. Müxtəlif investisiyalara eyni hesab

Betterment şirkəti (Nyu-York). 2008-ci ildə təsis edilmişdir.

Betterment xidməti həm təcrübəsiz, həm də təcrübəli investorlara bütün qoyulmuş investisiyalarını sadə idarə olunan bir hesabda  akkumulyasiya etmək imkanı verir.

Akkauntun açılması üçün lazım olan pulun məbləği məhdud deyil. İnvestor qarşısında ancaq bir məsələ – fond indekslərini izləyən axtarış maşınının köməyi ilə bu və ya digər maliyyə vasitələrinin gəlirliyini seçmək məqsədi durur.

İnvestor alətləri seçdikdən sonra, sayt ona mümkün risklər barədə məlumat verəcək və eləcə də cins, yaş və gəlir barədə məlumatlara əsaslanaraq, oxşar investisiya strategiyası nümunələri gətirəcəkdir.

3. Qənaətcillər üçün monitorinq
 
BillShrink şirkəti (Redvud-Siti, Kaliforniya). 2007-ci ildə təsis edilmişdir.

Cari ilin oktyabrında işə düşəcək BillShrink layihəsi, müştərilərinin bank hesablarını analiz etdikdən sonra istifadəçilərə mallara və xidmətlərə mümkün olacaq endirimlər barədə məlumat verəcək.

Məsələn: şəbəkə rabitəsinə xərclər barədə məlumat aldıqda, sayt istifadəçiyə daha əlverişli tarif planları üzrə mümkün olan variantlar təklif edəcək. Əlavə opsiya – müştərini alver etdiyi ticarət məntəqələrində endirimlər və bonuslar barədə istifadəçini məlumatlandırmaqdır.

Bütün bu təkliflər saytda görünəcək və onları qəbul etməmək yaxud qəbul etmək mümkün olacaq – beləliklə, sistem məlumatı istifadəçilərin üstünlük verdiklərinə müvafiq seçəcək.

4. “Əlaqələndirilmiş” pullar
 
Bundle şirkəti (Nyu-York). 2010-cu ildə təsis edilmişdir.

Bundle (ingilis dilindən – “bağlama, iplik yumağı;  məcazi mənada “pul  paçkası”. Red.) “xidməti istifadəçiyə müxtəlif banklarda olan hesablar barədə məlumatı bir məlumat məkanında birləşdirməyə kömək edərək,  dəqiqliklə öz adına uyğundur.

Sayt bütün məxaric-mədaxil əməliyyatlarını izləyir, eləcə də demoqrafik və ərazi parametrlərinə əsaslanaraq, müştərilərə digər alıcıların maliyyə vərdişləri barədə statistik məlumatları verir. Beləliklə, istehlakçı qonşu ilə müqayisədə, misal üçün yeməyə nə qədər xərclədiyini öyrənə bilər.

Bundan başqa, Bundle alqı və xidmətlərin mümkün iqtisadi variantları barədə məlumat verir.

Büdcə planlaşdırması üzrə bir çox digər veb-resurslardan fərqli olaraq, Bundle istifadəçilərə şəxsi statistikalarında xərclərin maddələrini dəyişmək imkanı verir və bu zaman hesablamalara vaxt sərf olunmur, bütün hesablamaları sayt özü yerinə yetirir.

Sentyabrda işə düşdüyü andan etibarən, veb-resursa artıq 300 mindən çox insan daxil olub.

5. Telefonda depozit
 
MFoundry şirkəti (Larksper, Kaliforniya). 2004-cü ildə təsis edilmişdir.

Smartfonların populyarlığı artdıqca, onların sahibləri bu qurğuların mümkün qədər çox funksionallığına, o cümlədən hesablar ödəməsinə, pul köçürmələrinə və bank hesablarının yoxlanması üçün istifadə edilməsinə çalışırlar.

MFoundry şirkəti bütün bu əməliyyatları yerinə yetirmək üçün smartfonlara  utilitlər təklif edir, onun banklar arasında artıq 200 partnyoru  və 1 mln artıq istifadəçisi var.

Sadaladıqlarımızdan başqa,  şirkət müştərilərinə mətn məlumatı vasitəsi ilə bank balansı barədə məlumat almağı mümkün edən  mütərəqqi opsiyalar təklif edir.  Eləcə də, istifadəçilər hesablarını sadə və rahat mobil interfeys vasitəsi ilə ödəyə bilərlər.

MFoundry tərəfindən təklif olunan daha bir imkan smartfon vasitəsi ilə depozit hesabların artırılmasıdır.. Bunun üçün ancaq depozit çekin foto şəklini çəkmək lazımdır və hesabın artırılması barədə məlumat avtomatik olaraq müştərinin bank hesabına gələcəkdir.

Şirkətin partnyorları sırasında Bank of America, Citibank və PNC Bank kimi banklar var.
 
6. Bank nəzarət altındadır.
 
ActivePath şirkəti (Nyu-York). 2007-ci ildə təsis edilmişdir.

ActivePath  müştərilərinə öz banklarında trans səhmləri telefonla yaxud kredit təşkilatının veb-saytı vasitəsi ilə deyil, elektron poçt vasitəsi ilə izləməyə imkan verir.

Bu ildən başlayaraq ActivePath sistemi vasitəsi ilə banklar öz müştərilərinə depozitlərdə olan vəsaitlərin vəziyyəti barədə yeniliklər, təhlükəsizlik sistemindən xəbərdarlıq yaxud hesabda kifayət qədər pul olmadığı barədə bildiriş göndərə bilərlər. Müştərilər öz növbəsində, e-mail vasitəsindən istifadə edərək hesabları ödəyə, pul köçürmələri yerinə yetirə yaxud kredit ala bilərlər.

Şirkət artıq ABŞ və Avropa ərazisində bir neçə iri banklarla işlədiyi barədə xəbər verib, lakin “rəqabət təhlükəsizliyini fikrləşərək” partnyorlarının adını açıqlamır.

7. Rahat investisiyalar

Plantly şirkəti (Nyu-York).  2008-ci ildə təsis edilmişdir.

Plantly istifadəçilərə bütün risk faktorlarını nəzərə alaraq, ən yaxşı investisiya variantları seçmək imkanı təklif edir.

İnvestor saytın axtarış bölməsinə yerləşdirmənin məbləği və müddəti (düzdür, investisiyaların miqdarı 5 min dollardan başlayır) barədə məlumat daxil edir. Sayt mümkün variantları göstərir və eləcə də onların hər birinin mümkün risklərini hesablayır.

8. Mobil telefon kredit kartı kimi
 
Blaze Mobile şirkəti (Berkli, Koliforniya). 2005-ci ildə təsis edilmişdir.

Mobil telefon vasitəsi ilə kassada ödənişlər etmək, sonra həmin mobil telefondan İnternetdə dostlarınıza həyata keçirdiyiniz alqı barədə xəbər vermək qeyri-adi səslənir, elə deyilmi? Lakin, Blaze şirkəti məhz belə imkanlar təklif edir, onun ödəmə “stiker”lərindən artıq 100 mindən artıq insan istifadə edir, və hər bir istifadəçi üçün əməliyyatların sayı təxminən doqquza yaxındır.

2010-cu ilin sentyabrında şirkət Mobile Wallet kredit kartları istehsal edən şirkətlərlə və iri reteylerlə birgə yeni xidmət istifadəyə buraxmışdır, məsələn proqrama artıq  MasterCard və McDonald’s və 7-Eleven kimi iri şəbəkələr qoşulmuşlar.

Mobile Wallet – mobil telefonun arxa panelinə quraşdırılmış və hesablayıcı qurğulara  reaksiya verən xüsusi “stikerdir”.  Alqı barədə məlumat mobil hesabda akkumulyasiya olunur və telefona quraşdırılmış xüsusi proqramın köməyi ilə siz bir düyməyə basmaqla aldığınız barədə dostlarınıza Twitter yaxud Facebook-a xəbər verə bilərsiz.

Kimə isə belə yenilik ağılsızlıq kimi görünə bilər, lakin buna baxmayaraq, vençur investorları Blippy.com saytının insanların alqıları barədə xəbər verən oxşar bir layihəsinə 12 mln dollar ayırmışlar. Və kim bilir ki, bizi daha hansı ağılasığılmaz yeniliklər gözləyir.

9. Maliyyə “əllaməsi”

Yodlee şirkəti (Redvud-Siti, Klaiforniya). 1999-cu ildə təsis edilmişdir.

Yodlee – çoxlu sayda portallara və partnyor saytlara, 200-dən artıq maliyyə təşkilatının maliyyə məhsulu haqqında məlumat verən nəhəng bazadır.

Məsələn, Yodlee məlumatlarından nəhəng Amerika şəxsi maliyyələr vasitəsi olan Mint.com istifadə edir: müvafiq parametrləri veb-saytda yazaraq istifadəçilər optimal variantı seçə bilərlər.

Lakin Yodlee kölgədən çıxır: şirkət yeni istifadəçi interfeysi yaradıb və artıq mövcud partnyorları öz maliyyə satışı sisteminə cəlb etməyi planlaşdırır. Məsələn, Yodlee FinApp Store layihəsinə iri vergi konsultasiyası şirkəti olan H&R Block qoşulub.

Son xəbərlər
Digər xəbərlər